Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI

saytların hazırlanması

Evə çatdırılma

Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI

Kriminal

04 Fevral 2025 11:10 360


İmişlidə qadının oğurlanması ilə bağlı təfərrüatlar məlum olub.

Yenisabah.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, oğlanın ailəsi əvvəllər qızın ailəsinə elçi gedib. Lakin qız evi evliliyə razı olmayıb. Bunu görən oğlan tərəf məcburi evliliyə qərar veriblər.

Oğlan tərəfi qızı zorla qaçıraraq, məcburi evliliyə çalışıblar. Lakin onlar saxlanılaraq, istintaqa təhvil veriliblər.Hazırda adam oğurluğu maddəsilə araşdırma aparılır. Marqarita pizza

***

10:01 

İmişlidə qadın oğurlanıb.

Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.

Faktla əlaqədar İmişli rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!