Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədov bp-nin nümayəndə heyəti ilə görüşdü

Siyasət

12 May 2026 12:02 413


Baş naziri Əli Əsədov mayın 12-də bp şirkətinin yeni Baş icraçı direktoru Meq Onilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan ilə bp arasında mövcud olan uzunmüddətli və səmərəli tərəfdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar.

Qarşılıqlı faydalı əməkdaşlığın M.Onilin fəaliyyəti dövründə daha da genişlənəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə ümidvarlıq ifadə olunub. pizza mizza

bp-nin Azərbaycanda həyata keçirdiyi layihələrin ölkənin enerji sektorunun inkişafında rolu vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!