“Brent”in 1 bareli 104,91 dollar oldu

saytların hazırlanması

Evə çatdırılma

“Brent”in 1 bareli 104,91 dollar oldu

İqtisadiyyat

12 May 2026 10:35 93


ABŞ-İran danışıqlarında irəliləyişin yoxluğu ucbatından Yaxın Şərq münaqişəsinin yeni bir eskalasiyası qorxusu ilə neft qiymətləri bu gün yüksəlməyə davam edib.

"Yeni Sabah" CNN-ə istinadla xəbər verir ki, Londonun "ICE Futures" birjasında iyul ayı üçün "Brent" fyuçersləri 0,70 dollar (0,67%) artaraq barel üçün 104,91 dollar təşkil edib. Bazar ertəsi günü "Brent"in qiyməti 104,21 dollar idi.

Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayı üçün WTI fyuçersləri bu vaxta qədər 0,88 dollar (0,9%) artaraq barel üçün 98,95 dollar (əvvəlki qiymət 98,07 doolar) təşkil edib. pizza mizza

ABŞ Prezidenti Donald Tramp İranın təkliflərindən getdikcə daha çox əsəbiləşir və son günlərdə ölkəyə qarşı böyük hərbi əməliyyatları bərpa etməyi daha ciddi şəkildə düşünür.

Tramp jurnalistlərə İranın təqdim etdiyi münaqişənin həlli təkliflərindən narazı olduğunu və onları oxuyub qurtarmadığını bildirib. O, İranla atəşkəsin son dərəcə kövrək olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!