"Atamın vəziyyəti yaxşıdır, artıq özü durub gəzə bilir".
"Yeni Sabah" xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Akif İslamzadənin oğlu Ayxan İslamzadə deyib.
O qeyd edib ki, evə nə zaman buraxılacağı ilə bağlı həkimlər bu gün qərar verəcəklər. Toyuqlu pizza
"Həkimlər əllərindən gələni edirlər. Özüm gündə iki dəfə yanında oluram - həm səhər, həm axşam. Bu gün də özü durub gəzir. Çox güman ki, bu gün axşam, yaxud sabah Akif müəllim evə qayıdacaq", - deyə A.İslamzadə bildirib.
Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.
Telegram kanalımız