Qorxulu proqnoz: Milyonlarla insan ac qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Qorxulu proqnoz: Milyonlarla insan ac qalacaq

Dünya

16 Oktyabr 2022 22:34 1105


2050-ci ilə qədər iqlim dəyişikliyinin milyonlarla insan üçün aclıq, balanssız qidalanma və yoxsulluq riski yaradacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Bildirilib ki, 2022-ci il bir çox qlobal çağırışlar ili olacaq. Məlumata əsasən, ərzaq qiymətlərinin artması həssas ölkələri böhrana sürükləyir, hər gün 30 mindən çox insan münaqişə və təqiblər səbəbindən evlərini tərk etmək məcburiyyətində qalır. Dominos pizza

2021-ci ildə yüksək ərzaq çatışmazlığı ilə üzləşən təxminən 193 milyon insan sağ qalmaq üçün humanitar dəstəyə ehtiyac duyur. Onların yarım milyondan çoxu aclıq və ölüm kimi fəlakətlərlə üzləşib. Kəskin qida çatışmazlığından əziyyət çəkənlərin üçdəikisini fermerlər təşkil edir.

Dünya əhalisinin demək olar ki, 40 faizinə bərabər olan 3,1 milyard insan sağlam qidalanmaq imkanına malik deyil./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!