Qovulan, qalmaqal yaşayan... - Məşhur idmançıların başına bəla olan LGBT etirafları

Qovulan, qalmaqal yaşayan... - Məşhur idmançıların başına bəla olan LGBT etirafları
Sent 23, 2019 13:31
Oxunma sayı: 185

Dünya idmanında LGBT üzvü olduğunu etiraf edən bir çox idmançı var. Onlar arasında bu seçiminə görə təzyiqlərlə üzləşən, karyerasını bitirməli olanlar da var. Məsələn, Brazilyada keçirilən 2016-cı il Yay Olimpiyadasına LGBT olan 44 idmançı gətirilmişdi. 2012-ci il Londonda keçirilən olimpiada da isə bu göstərici 23 idi. 

“Yeni Sabah” sizə həmin homoseksual idmançılardan bəzilərini təqdim edir: 

Deiv Kopey

1960-1970-ci illərdə Amerika futbolunun ulduzu olan Kopey gey olduğunu etiraf edən ilk idmançıdır. O, “Deyv Kopeyin tarixi” kitabında hər şeyə aydınlıq gətirmişdi. 

Elene Dele Don

Amerikalı basketbolçu xanım dünyanın məşhur LGBT üzvü olan idmançılarından biridir. Brazilyada keçirilən 2016-cı il Yay Olimpiyadasında ölkəsini təmsil edən basketbolçu 2011-ci ildə həmcinsi Amanda Clifton evlənməsi ilə böyük səs-küyə səbəb olmuşdu. 

Castin Faşanu

İngiltərəli futbolçu gey olduğunu etiraf edən zaman cəmiyyətin təzyiqlərinə məruz qalmışdı. Bu səbəbdən tez-tez klub dəyişməli olan oyunçu nə media, nə azarkeşlər, nə də getdiyi klublarda sevilmirdi. Komanda yoldaşlarının ironiyalı atmacaları, azarkeşlərin təhqirli şüarları və mətbuatın tənqidi 1998-ci ildə futbolçunun özünü öldürməsi ilə nəticələndi. Ölümündən bir il sonra “Norviç” onu klubun şöhrət zalına daxil etdi. 

Larisa Franka 

Braziliyalı çimərlik voleybolçusu 2016-cı il Yay Olimpiyadasında iştirak edən daha bir LGBT üzvüdür. 2012-ci ildə Romada keçirilən olimpiyadanın bürünc mükafatçısı 2011-ci ildə gey olduğunu etiraf edib. Həmin il ildə brazilyalı çimərlik futbolçusu Lili Maestrini ilə evlənib.

Con Amaeçi

Gey olduğunu etiraf edən ilk MBA basketbolçusudur. 2007-ci ildə gey olduğunu etiraf edən idmançı həmin ildə də karyerasına son qoyub. 

Markus Urban

20 yaşında karyerasını bitirən alman futbolçu bu qərarı ilə hər kəsi təəccübləndirmişdi. Onun bu addımı atmasına səbəb isə gey olduğunu etiraf etməyə qorxması idi. 

Cermeyn Antoni Cenas

2005/2013 mövsümündə “Tottenhem”də (İngiltərə) forma geyinən futbolçu da gey olduğunu açıqlayan məşhur idmançılar arasındadır. O, karyerasına 2014-cü ildə, 31 yaşında son qoyub. 

Tomas Hitzlsperger

Almaniya millisinin keçmiş yarımmüdafiəçisi 2014-cü ildə gey olduğunu “Die Zeit” nəşrinə açıqlamasında bildirmişdi. O fikirlərini bu cümlələrə tamamlamışdı: “Bunu dərk edənədək uzun yol keçmişəm. Bu yaxınlarda anladım ki, kişi ilə yaşamağa üstünlük verərdim”. 2012-2013-cü ildə peşəkar karyerasını “Everton” klubunda sonlandırıb. 

Tom Deli 

İngiltərəli üzgüçü, 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarının bürünc medalçısı özünün LGBT üzvü olduğunu "Youtube"da yerləşdirdiyi videoda bildirib: “Ötən yaz biriylə tanış oldum və həyatım tamamilə dəyişdi. Bu mənə özümü xoşbəxt və inamlı hiss etməkdə yardımçı oldu. Bu insan bir kişidir. Çox təəccüblüdür. Amma hər zaman belə bir şeyin ola biləcəyini düşünürdüm. Düzdür, hələ də bəzən qızlardan xoşum gəlir. Amma indi bir kişi ilə münasibətdəyəm və bundan artıq xoşbəxt ola bilməzdim”.

Cason Kolins 

2014-cü ildə karyerasına son qoyan ABŞ basketbol yığmasının keçmiş üzvü gey olduğunu keçən il açıqlamışdı. 

Orlando Kruz

Gey olduğunu etiraf edən ilk boksçudur. Ona bu etirafı etməyində atası dəstək olub. 

Qas Conson

Avstraliya Xokkey Yığmasının keçmiş üzvü gey olduğunu 2011-ci ildə açıqlayıb.

 

Yenisabah.az