“Qurban olasınız ruslara və onlara işləyən satqınlara...” -   Məşhur reper

saytların hazırlanması

Evə çatdırılma

“Qurban olasınız ruslara və onlara işləyən satqınlara...” - Məşhur reper

Siyasət

22 Oktyabr 2020 11:27 1698


“Ermənilərin ən böyük problemi odur ki, birinci Qarabağ müharibəsini sırf öz döyüşçüləri hesabına qazandıqlarına inanırlar. Halbuki 90-larda ermənlər üçün ruslar vuruşub. Onların müsahibələrində “ermənilər azərbaycanlıları görəndə silahı qoyub qaçırdılar” kimi ifadələr səslənir”.

Yenisabah.az xəbər verir ki, bunu hazırda Amerikada yaşayan tanınmış reper Orxan Zeynallı (AİD) deyib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol  Paşinyanın könüllü dəstələrin yaradılması ilə bağlı çağırışı heç bir effekt verməyəcək:

“Paşinyan elə bilir ki, ermənilər də “Gəncə batalyonu”, “Lənkəran batalyonu”, nə bilim, “Bozqurdlar” kimi dəstələr yaratma iqtidarındadırlar. O vaxt 10-15 nəfər əldə silahla erməni ordusunun başına oyun açırdı. Qurban olasınız ruslara və onlara işləyən daxildəki satqınlara ki, o cür oğullar o vaxt şəhid oldu. İndi isə heç cür məğlubiyyətlə razılaşmırlar. Gah deyirlər türklər döyüşür, gah Suriyanı qatırlar, gah da üzə dururlar ki, torpaqlar verilməyib, biz qalib gəlirik. Bəs bilmirdiniz ki, rusun “tırka”sı və ən əsası əli ilə o vaxt üstümüzə gələndə dövr dəyişəcək və rusdan sizə qalan ancaq “tırka” olacaq? İndi ödəyin 90-lardakı əclaflıqların bədəlini... Solovyov və Los Angelesdəki ABŞ vətəndaşı olan ermənilər gəlsin döyüşsün, görək, dilləri qədər uzun başqa nələrisə də varmı?!”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!