Qurban Qurbanov axtardığı 3 legioneri Braziliyada tapdı
02 Mart 2021 17:32
361

Qurban Qurbanov axtardığı 3 legioneri Braziliyada tapdı

Son illərin ən kasad heyəti ilə mübarizə aparan “Qarabağ” mövsümün sonunda bu problemi yoluna qoyacaq.

Yenisabah.az xəbər verir ki, Ağdam klubunun baş məşqçi Qurban Qurbanovun təlimatına uyğun axtarışlarını davam etdirir.

Yayda bir neçə əcnəbi transferi ilə heyətdə rəqabəti artırmağı planlaşdıran ölkə çempionu, xüsusən də, Braziliya bazarına üz tutub.

Əldə etdiyimiz məlumata əsasən, təcrübəli çalışdırıcıya həmin ölkədən artıq 3 futbolçu ilə bağlı müsbət raport verilib.

Oyunçuların adlarını dəqiqləşdirə bilməsək də, onların B seriyasında çıxış edən “Quarani”, C seriyası təmsilçisi “Parana” və D seriyasında olan “Treze”nin formasını geyindiyini öyrənmişik. Həmin oyunçulardan ikisi yarımmüdafiəçi, biri isə hücumçudur (apasport.az) 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər