“Heyətimizdə problemlər var idi” - Qurban Qurbanov
23 Okt 2020 01:52
766

“Heyətimizdə problemlər var idi” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyunu ilə bağlı fikirlərini bölüşüb. 

Yenisabah.az xəbər verir ki, onun fikirlərini “Qarabağ”ın rəsmi “Facebook” hesabı yayımlayıb. 

“Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik,  amma alınmadı. Heyətimizdə problemlər var idi, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir”, - deyə Q.Qurbanov bildirib. 

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsinin ilk oyununda İsrailin “Makkabi” (Təl-Əviv) komandasına 0:1 hesabı ilə məğlub olub. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər