Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

saytların hazırlanması

Evə çatdırılma

Qurbanov: Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq

İdman

23 İyul 2024 23:24 945


Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln"la (Cəbəllütariq) ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri görüşü şərh edib: pizza mizza

“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Topu istədiyimiz kimi ram edə bilmirdik. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.

"Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!