Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 27 il ötür.
“Yeni Sabah” xəbər verir ki, Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə-növbəti ildönümə həsr olunmuştəntənəli mərasim keçirilib. Tədbirdə daxiliişlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.
Çıxış edən Ramil Usubov Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib. Toyuqlu pizza
Qeyd edib ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında şəxsi heyətin özünəməxsus rolu var.
Ramil Usubov ölkə prezidentini əmin edib ki, Daxili Qoşunların bütün şəxsi heyəti bundan sonra da respublikamızda asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək.
Tədbirin sonunda mərasim iştirakçıları adından Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
Telegram kanalımız