Ramiz Mehdiyevin kürəkəni ilə bağlı böyük qalmaqal

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin kürəkəni ilə bağlı böyük qalmaqal

Kriminal

06 Yanvar 2026 15:56 2877


Keçmiş PA rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması onun  yaxın ətrafının cəzasızlıq mühitindən çıxması ilə nəticələnib.

Belə ki, uzun illər Azərbaycan hakimiyyətinin rəhbərliyində təmsil olunan Ramiz Mehdiyevin ali  mövqeyindən yararlanan  yaxınları, xüsusilə də kürəkəni İlham Əliyev ölkədə çoxsaylı sahibkarlara qarşı qanunsuzluqlar edib.

“Yeni Sabah” Gununsesi.info-ya istinadla bildirir ki, ötən illər ərzində İlham Əliyev tərəfindən qanunsuzluqlarla üzləşən, əmlakları, biznesləri əllərindən alınan yüzlərlə sahibkar Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə şikayətlər edib. pizza hut

Mənbənin sözlərinə görə, 100-ə yaxın vətəndaşın etdiyi şikayətçilər arasında İlham Əliyevin qanunsuz həbsə atdırdığı insanlar da var. Onlar hüquq-mühafizə orqanlarından işlərinə yenidən baxılmasını, əllərindən alınmış əmlaklarının və bizneslərinin özlərinə qaytarılmasını tələb edir.

Məlumatda o da bildirilir ki, bu prosesdən qorxuya düşən İlham Əliyev artıq  vəkilləri vasitəsilə həmin şəxslərin bəziləri ilə danışıqlara başlayıb.

Məhz bu prosesin nəticəsindən biri kimi  Gəncədəki “Yeni Gəncə” Tibb Mərkəzinin adı çəkilir. Adıçəkilən tibb ocağı yenidən əsl sahiblərinə qaytarılıb.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!