Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi

saytların hazırlanması

Evə çatdırılma

Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçildi

Kriminal

01 Fevral 2021 09:33 719


Səbail Rayon Məhkəməsində "Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.

Yenisabah.az xəbər verir ki, hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, R.Məmmədov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.  Toyuqlu pizza

Qeyd edək ki, R. Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!