Rasmus Paludan çeçen idmançını hədələdi: “Bu dəfə Rusiya səfirliyi...“

saytların hazırlanması

Evə çatdırılma

Rasmus Paludan çeçen idmançını hədələdi: “Bu dəfə Rusiya səfirliyi...“

Dünya

25 Yanvar 2023 10:56 949


Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quranı yandıran sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludan yeni qalmaqallı çıxışı ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, o, çeçen idmançı Həmzat Çimayevə sosial media hesabından cavabını yayıb. Paludan növbəti dəfə Rusiya səfirliyinin qarşısında Quranı yandıra biləcəyini bildirib:

"Çeçenlərə xüsusi salam kimi onların kitablarını Rusiya səfirliyinin qarşısında yandıra bilərəm". pizza hut

Paludan daha sonra yüzlərlə ölüm təhdidi aldığını bildirib: "Bu qədər insanın məni ölümlə təhdid etməyinə kədərləndim".

Onun bütün dünyaya səs salan hərəkətindən sonra İsveç baş naziri Ulf Kristersson məsələyə münasibət bildirib. O, edilən hərəkətin doğru olmadığını vurğulayaraq müsəlmanlardan üzr istəyib:

"Çoxları üçün müqəddəs olan kitabların yandırılması son dərəcə hörmətsizlikdir. Stokholmda baş verənlərdən narahat olan bütün müsəlmanlardan üzr istəyirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!