Rayonda oğurluqla məşğul olanlar tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Rayonda oğurluqla məşğul olanlar tutuldu

Kriminal

10 Fevral 2019 18:30 929


Tərtər rayon sakini Nəcəf İbrahimov 5 fevral tarixində RPŞ-yə ərizə ilə müraciət edərək evindən oğurluq olduğu barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, məlumatla əlaqədar Tərtər RPŞ-də əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qurbanov saxlanılıb. 

Bundan başqa Tərtər RPŞ-nin əməkdaşları tərəfindən daha bir əməliyyat tədbiri keçirilib. Belə ki, Sarov kəndindəki qəbiristanlıqdan aliminiumdan düzəldilmiş bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb.  Sezar pizza

Dindirilmə zamanı onlar törətdikləri oğurluq əməllərini etiraf ediblər.

Hər iki faktla bağla araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!