Rayonlarda yağış, Bakıda külək olacaq

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda yağış, Bakıda külək olacaq

Rəsmi

07 İyul 2019 10:57 1332


Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim şimal küləyi əsəcək, havanın temperaturu  gecə 20-23° isti, gündüz  28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz  30-32°  isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvərlər Nazirliyinin mətbuzt xidmətindən “Yeni Sabah”a daxil olan xəbərə görə, atmosfer  təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 45-50 %  olacaq.   

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti: Mülayim şimal küləyi əsəcək, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.   Marqarita pizza

Azərbaycanın rayonlarında 

Əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti,  gündüz  20-25°  isti təşkil edəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!