“Real“ın avstriyalı ulduzu Azərbaycana qarşı

“Real“ın avstriyalı ulduzu Azərbaycana qarşı

İdman Veb saytların hazırlanması

21 Mart 2023 23:59 745


Avro-2024-ün seçmə mərhələsində ilk oyununu Azərbaycan millisinə qarşı keçirəcək Avstriya yığmasında David Alabanın durumu məlum olub. 

Yenisabah.az Avstriya mətbuatına istinadən xəbər verir ki, "Real"ın müdafiəçisi milli komanda ilə birlikdə məşqlərə başlayıb. Onun millimizlə oyuna hazır olacağı gözlənilir. 

Qeyd edək ki, Alabanın zədə səbəbindən millinin qarşıdakı oyunlarını buraxacağı haqda xəbərlər yayılmışdı. O, “Real”da son 6 oyununu buraxıb. 

Xatırladaq ki, Filip Linxart, Matias Honsak və Marko Arnautoviç  zədə səbəbindən Avstriya millisinin düşərgəsini tərk edib. 

Avstriya – Azərbaycan matçı martın 24-də keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!