Çempionlar Liqasının 1/8 finalının “Real”-“Ayaks” oyununda adı əsas 18-liyə salınmayan İsko buna etiraz olaraq, klub avtobusu ilə stadiona getməkdən imtina edib. Bundan sonra komandanın kapitanı Sergio Ramos klubun bazasında iclas keçirib.
“Yeni Sabah” xəbər verir ki, kapitan toplantıda bütün komanda yoldaşlarına, o cümlədən, İskoya baş məşqçinin qərarlarına hörmət etməyi tapşırıb. İsko iclas sonunda bütün komanda yoldaşlarından buna görə üzr istəyib.
Qeyd edək ki, “Real”-“Ayaks” matçı qonaqların 1:4 qələbəsi ilə başa çatıb. Bununla da kral klubu Çempionlar Liqasında mübarizəni dayandırıb. Toyuqlu pizza
Naibə Məmmədova
Telegram kanalımız