“Rembo” ləqəbli şəhidin anası vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Rembo” ləqəbli şəhidin anası vəfat etdi - FOTO

Hadisə

19 May 2026 18:07 71


Birinci Qarabağ müharibəsinin şəhidi, “Rembo” ləqəbli Azad Davudovun anası Züleyxa Davudova vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

Z.Davudova rus dili müəllimi olub. Şəhid anası uzun illər Aşağı Tala kənd 1 nömrəli məktəbdə dərs deyib. Sezar pizza

O, həm də Zaqatalanın ilk qadın sürücüsü kimi tanınırdı. 

Qeyd edək ki, onun oğlu Azad Davudov Birinci Qarabağ müharibəsində Ağdərə və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. İriçaplı silahlardan ayaq üstə istifadə etdiyinə görə Azada döyüş yoldaşları “Rembo”ləqəbi veribmiş. Azad hərbi xidmətə gedəndən bir müddət sonra Z.Davudova rayon hərbi komissarlığına rəsmən müraciət edərək oğluna yaxın hərbi hissələlərdən birində xidmət etmək istəyini bildirib. Ona bir neçə dəfə “yox” cavabı gəlsə də qadın israrından dönməyib və müraciətlərini davam etdirib. Beləcə, Züleyxa müəllimə cəbhə bölgəsinə yolanıb, əsgər və zabitlərin anası kimi xidmət göstərib. Oğlu Azadın Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdən birində şəhid olması nə qədər ağrılı və acılı olsa da ananın iradə və əzmini qıra bilməyib və ordu sıralarında qalıb.

O, “Züleyxa Azad” təxəllüsü ilə şeirlər yazıb, 4 kitabı işıq üzü görüb. “İti qələm”, “Məshəti”, “Onur bəlgəsi” kimi (Türkiyə Eskişehir şairlər dərnəyinin mükafatı) mükafatlara layiq görülüb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!