Rəqsanə 5-ci dəfə ana olur? - Müğənnidən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanə 5-ci dəfə ana olur? - Müğənnidən AÇIQLAMA

Şou

08 Fevral 2021 12:35 1063


Uzun müddətdir Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova beşinci dəfə ana olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, bu barədə yazan ifaçı məlumatı təkzib edib:

“Üzümü tuturam bəzi saytlara, yığışdırın özünüzü! Reytinq xətirinə məni beşinci dəfə ana etmisiz. Mən 4 uşaq anasıyam. Beşinci uşaq olanda narahat olmayın hər kəs biləcək. Kim yazıb yığışdırın bu məlumatı. Beşinci uşaq dünyaya gələsi olsaydı gizlədiləsi heç bir şey yoxdur. Allah hər kəsə ana olmağı nəsib etsin. Hər deyilən sözə inanmayın. Boş verin”. Sezar pizza

Qeyd edək ki, Rəqsanə biznesmen Fazil Əmiraslanovla ailəlidir. O, həyat yoldaşı ilə 2011-ci ildə məclislərdən birində tanış olduğunu bildirib. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını (Aysun və Yağmur) da öz soyadına keçirib. İş adamı ilə Rəqsanənin isə əkiz övladları var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!