Rəqsanə etiraf etdi: “İki dəfə övladımı...“   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanə etiraf etdi: “İki dəfə övladımı...“ - VİDEO

Şou

12 İyul 2021 14:11 1416


Müğənni Rəqsanə İsmayılova iki dəfə övladını itirdiyini etiraf edib.

Yenisabah.az xəbər verir ki, sənətçi bu barədə "ATV maqazin onlarla” proqramında yer alan "33 sual” rubrikasının qonağı olarkən danışıb.

"İndi 4 övladım var. Müğənni olmasaydım çox uşaq dünyaya gətirərdim. Qara qızlar, qara oğlanları düzərdim. Yoldaşım deyir iki qızımız da olsun. Bir neçə il əvvəl 6 aylıq övladımı itirdim. Çox pis günlər yaşadım. Xəstəxanaya hamilə girdim, çıxanda uşağım yox idi. İki dəfə övlad itirməyi ağır yaşadım. Bizim ailədə böyük faciə yaşandı. İndiyənə qədər də yoldaşımla həmin yaramızı sağalda bilmirik. Bəlkə etdiyimiz yaxşılıqlara görə, sonra istədiyimizi bizə verdi. Amma elə bilirəm ki, qoyduğum övladım hələ də xəstəxanada yaşayır". pizza sifarişi

Xatırladaq ki, bir müddət əvvəl Rəqsanənin övladını itirdiyi xəbərləri yayılsa da, özü bunu inkar etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!