Rəsmi açıqlama: Həmin evlərə sənəd verilməyəcək - VİDEO

Rəsmi açıqlama: Həmin evlərə sənəd verilməyəcək - VİDEO

Sosial Veb saytların hazırlanması

21 Noyabr 2023 12:53 38702


Uzun illərdir əsas problemlərdən biri kimi gündəmdə olan sənədsiz evlərlə bağlı məsələ hələ də öz həllini tapmayıb. Respublika üzrə qanunsuz tikililərin cox hissəsi Bakı və Abşeron yarımadasının payına düşür. 

Yenisabah.az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində sənədsiz evlərin taleyi ilə bağlı müzakirələr aparılıb. 

Abşeron Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Məmmədov bu barədə açıqlama verib: “Bir neçə il bundan qabaq sənədsiz evlərin siyahıya alınması ilə bağlı tapşırıq gəlmişdi, siyahını hazırlayıb Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil vermişik. Pandemiyadan əvvəlki dövrdə təxminən 26-27 minə yaxın sənədsiz ev vardı. Təsəvvür edin ki, Abşeron rayonunda 215 min qeydiyyatda olan əhali var, lakin yeddi yüz minə yaxın insan yaşayır. Yüksək gərginlikli elektrik xətlərinin, qaz, işıq, su, dəmiryol xətlərinin və vulkanların mühafizə zolaqlarında yerləşən evlərə birmənalı olaraq, sənəd verilməyəcək” - deyə o, bildirib. 

Daha ətraflı video məlumatı təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Habil Məmmədov
    Vaxtilə icazə verilməsəydi çox yaxşı olardi..indi bu kasıbin qazi var, işığı var, suyu və s.. necə çəkilib ? Kommunal varsa yaşaması subuta yetirilmişdir
    14 days ago
  • Anar
    Evlerin senedsiz olduguna gore ne qeder ehali wexsiyyet vesiqesiz qalib hec bir dovlet orqani hec bir xestexanalar onlari senetsiz qebul etmir,tecili emeliyyata girmeli olan xeste bele emeliyyata alinmir geri gonderilir,niye evlerin senedlewmesi bu qeder uzadilir?
    15 days ago
  • Anar
    Tikililer qanunsuzdursa niye icaze verilib?bes azeriwiq,azersu,azerqaz nece saygac qoyub bu evlere qanunsuzdursa?
    15 days ago
  • Rashad
    Adam evde divara mismar vuranda jek gelir. O boyda evler tikilir ses kuy toz palcig deyir xeberim yoxdu???? buda azerbaycan hakimiyeti????
    15 days ago
  • Vəfa
    Salam,bəs o yerlərdə ev tikende niye icazə verilirdi,niye senin səlahiyyətin indi çatır deyirsen amma 30ildi məskunlaşan insanlar varki nə etməlidirlər niye vermirsiz sənəd ??
    16 days ago
  • Metanet Şahbadinova
    Ümumiyyətlə Abşeron rayonu baximsizdir.kanalizasiya yox,yollar palçıq,işıqlandırma yox,zibil tullantıları üçün qablar yoxdur hara baxır rəhbərlik
    16 days ago