Yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır

saytların hazırlanması

Evə çatdırılma

Yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır

Sosial

08 Noyabr 2026 16:55 46


Noyabrın 8-i saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yağıntılar intensiv xarakter daşıyır.

"Yeni Sabah" xəbər verir ki, Bakı və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Goranboyda arabir yağış yağır.

Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Qax rayonunun Sarıbaş kəndində isə qar yağması müşahidə olunur. Marqarita pizza

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 24 metrə çatır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!