Prezident: Türkiyə-Azərbaycan birliyi önəmli amildir

saytların hazırlanması

Evə çatdırılma

Prezident: Türkiyə-Azərbaycan birliyi önəmli amildir

Siyasət

08 Noyabr 2026 16:51 43


“Bu gün Türkiyə dövləti əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında söz sahibidir. Türkiyə nəinki bölgədə gedən proseslərə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərə də təsir göstərir”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyənin güclü iqtisadiyyatı, sənaye potensialı və siyasi çəkisi bu gün reallıqdır: Toyuqlu pizza

“Bu, bizi çox sevindirir və bizi də gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçib və bu gün həmin yolla inamla irəliləyir. Birlikdə biz daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu birlik sabitlik, əməkdaşlıq və təhlükəsizlik faktorudur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!