8 noyabr - Zəfər Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda işgüzar səfərdə olacaq.
“Yeni Sabah” xəbər verir ki, diplomatik mənbələrədn Ölkə.az-a bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Azərbaycan Prezidenti ilə görüşəcək və bu görüşdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi, İrəvan-Bakı, Ankara-İrəvan münasibətləri, Türk Dövlətləri Təşkilatının daha sıx inteqrasiya prosesi, regionda, xüsusən də Yaxın Şərqdə, Körfəzdə və İran ətrafında baş verən proseslər və onun bölgəyə təsirləri, eyni zamanda digər regional və qlobal miqyasda baş verən digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğanın 8 Noyabr-Zəfər Günü ilə bağlı bayram tədbirinə də qatılacağı gözlənilir. Marqarita pizza
Prezident Ərdoğanı səfərdə bir sıra nazirlər və Türkiyə hökumətinin rəsmiləri müşayiət edəcək.
Görüşlərdən sonra o Ankaraya dönəcək.
Telegram kanalımız