Robert Manninq: “ABŞ artıq Ukraynanın qələbəsinə inanmır“

saytların hazırlanması

Evə çatdırılma

Robert Manninq: “ABŞ artıq Ukraynanın qələbəsinə inanmır“

Dünya

23 Avqust 2022 16:39 1101


ABŞ dövlət katibinin qlobal məsələlər üzrə keçmiş müşaviri Robert Manninq The Hill-ə açıqlamasında "ABŞ artıq Ukraynanın "ümumi qələbəsinə" inanmır və yüksək texnologiyalı silahların tədarükü ilə bağlı eskalasiyadan qorxur" deyib.

Yenisabah.az xəbər verir ki, keçmiş rəsminin sözlərinə görə, ABŞ-ın Ukraynadakı münaqişəyə qarşı siyasəti daha ehtiyatlıdır: bu, müttəfiqlərin birləşməsini, hərbi texnikanın verilməsini, şəxsi heyətin hazırlanmasını nəzərdə tutur, lakin birbaşa hərbi müdaxiləni istisna edir.

O vurğulayıb ki, Tayvanla bağlı vəziyyətdən fərqli olaraq, Amerika tərəfinin Kiyev qarşısında müdafiə öhdəliyi yoxdur. pizza

Manninq izah edir ki, DC-nin “tam qələbə” şüarları yavaş-yavaş sonu daha az müəyyən olan “münaqişənin sərt reallığı” ilə əvəzlənir və Ukraynaya getdikcə daha çox yüksək texnologiyalı silahların tədarükü, müharibə təhlükəsi qorxusunu gücləndirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!