Roberto Karlos yaşıl meydanlara qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Roberto Karlos yaşıl meydanlara qayıdır

İdman

01 Fevral 2022 15:27 685


"Real"ın və Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos karyerasını bərpa etmək qərarına gəlib. 

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, 49 yaşlı veteran oyunçu həvəskar çempionat hesab olunan İngiltərə Pivə Liqasında çıxış edəcək. 

Karlos "Bull in Barn Yunayted" klubunda oynayacaq. "Bull in Barn Yunayted" “eBay”in sosial platformasının "Dream Transfer" müsabiqəsində qalib gəlib. Toyuqlu pizza

Klublar burada iştiraka görə 5 funt sterlinq ödəyir və yarışda qalib gələn komanda bir matçlıq peşəkar futbolçu alır. Müqaviləni isə "eBay" həll edir.

"Dream Transfer" tirajından əldə edilən bütün gəlirlər xeyriyyəçiliyə yönəldilib.

Qeyd edək ki, Roberto Karlos 2016-cı ildə karyerasını bitirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!