Ronaldo: “Oğlum ona nə vaxt telefon alacağımı soruşur“

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo: “Oğlum ona nə vaxt telefon alacağımı soruşur“

İdman

29 Yanvar 2022 09:57 726


"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo müasir texnologiyanın müsbət və mənfi tərəflərindən danışıb. 

Yenisabah.az xəbər verir ki, 36 yaşlı hücumçu oğlu Junior Kriştianoya hələ də telefon almadığını söyləyib: 

"İcazə verin, məsələni Junior Kriştianonun timsalında deyim. Mənim böyük oğlumun 12 yaşı var. Davamlı olaraq nə vaxt mobil telefonunun olacağını soruşur. Həmişə mən ona cavab verirəm ki, vaxtı gələndə sənində telefonun olacaq. Texnologiyadan yararlanmalısan, amma ona aludə olmaq lazım deyil. Bəzən telefonu bir müddətlik oğluma verirəm, amma həmişə yox. Uşaqlara telefonları hər zaman deyil, müəyyən müddətə vermək lazımdır".  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!