Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə razılığa gəlib.
Yenisabah.az “Marca”ya istinadla xəbər verir ki, 37 yaşlı portuqaliyalı hücumçu klub ilə 2,5 illik müqavilə imzalayacaq.
Sözləşmənin 2023-cü il yanvarın 1-də qüvvəyə minəcəyi iddia olunur.
Təcrübəli forvardın illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı qeyd olunub.
Qeyd edək ki, Kriştianu Ronaldonun son klubu “Manchester United” olub. “Qırmızı şeytanlar” futbolçunun qalmaqallı müsahibəsindən sonra onunla yolları ayırdığını açıqlayıb.
Telegram kanalımız