Rusiya Daxili İşlər Nazirliyi "Çto? Qde? Koqda?" (“Nə? Harada? Nə vaxt?") intellektual oyununun iştirakçısı Rövşən Əsgərov haqqında axtarış elan edib.
Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin məlumat bazasına informasiya yerləşdirilib: “Axtarış üçün əsas: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”.
Məlumatda söhbətin hansı maddədən getrdiyi qeyd olunmur. Marqarita pizza
Bundan əvvəl Rusiya Federasiyasınınm İstintaq Komitəsi Rövşən Əsgərova qarşı CM-in 4-cü hissəsinin 354.1-ci maddəsinə əsasən (Nasizmin reabilitasiyasına görə) cinayət işi açmışdı.
İstintaq Komitəsi müəyyən edib ki, "Əsgərov aprelin 6-da sosial şəbəkədə Sovet İttifaqı marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onun xatirəsini gözdən salan yalan məlumat yayıb".
"Əsgərov “Nə? Harada? Nə vaxt?" oyununda iştirak etmir və Rusiyanı çoxdan tərk edib", - deyə aprelin sonunda "İgra-TV" televiziya şirkətinin mətbuat xidmətinin rəhbəri Viktoriya Selivanova "RİA Novosti"yə bildirmişdi.
Telegram kanalımız