Roza Zərgərli intihar etmək istəyib   + Video

saytların hazırlanması

Evə çatdırılma

Roza Zərgərli intihar etmək istəyib + Video

Şou

21 May 2020 14:07 1739


Müğənni Roza Zərgərli  Xəzər telekanalında yayımlana "5/5" verilişində qonaq olarkən övladlığa götürdüyü qızla bağlı hadisədən danışıb.

Yenisabah.az xəbər verir ki, göz yaşlarına hakim ola bilməyən xanım sənətçi övladlığa  götürdüyü qızın onun evini qarət edib getməyi barədə danışıb:

“Qızın anasını tapdım və həmin qadını öz rəfiqəm kimi qıza təqdim etdim. Natavanın ad günündə ona dedim ki, bu sənin anandır. İstəyirsənsə, yeməyə çıxa bilərik. Anasının zahiri görünüşünü bəyənməsə də, münasibət qurdular. Klip təqdimatım ərəfəsində evə qayıtdım ki, qapı açıq, qız da, başqa şeylər də yoxdur. Başqa şeylər mənim balalarıma qurban olsun, amma mən pis şeylər düşündüm. Mənim balalarımdan biri xəstəxanaya düşəndə Allaha dua etmişəm ki, özümünkünün apar, buna dəymə. O demək deyil ki, özümünkün çox istəmirəm, istəyirəm, amma bu birilər əmanətdir. Ondan sonra mən depressiyaya düşdüm, özümə qapandım. Beş il sənətdən uzaqlaşdım. Bəzi şeylər var ki, insanı sındırır, heç sənət də gözündə görünmür. 7 ildən sonra qız yenidən həyatıma qayıtdı, bağışladım. Stressə düşdüyüm vaxtlarda intihar etmək istəyirdim”.  Sezar pizza

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!