Roza Zərgərli koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Roza Zərgərli koronavirusa yoluxub

Şou

20 İyul 2020 10:43 5692


Müğənni Roza Zərgərli koronavirus infeksiyasına yoluxub.

“Yeni Sabah” Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bir aydan çoxdur evində müalicə alır. O bildirib ki, hazırda səhhəti yaxşıdır:

"Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətləri hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə şüşə göründü. Evə qayıdıb, özümü müalicə etdim. pizza sifarişi

Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı isə odur ki, bütün ailə üzvlərimiz bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə.

İndi yaxşıyam, dadbilməm də yerinə gəlib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!