Rüfət Nasosnu gənclərə səsləndi - “Etməyin!“

saytların hazırlanması

Evə çatdırılma

Rüfət Nasosnu gənclərə səsləndi - “Etməyin!“

Şou

30 Aprel 2019 09:20 5868


“Aydın böyük sənətkar, öz imzasını qoyan şairlərdən biri idi. Nəinki 40 gün, yaxşı insanın yeri daim  görünür”.

Bu sözləri “Yeni Sabah”a meyxanaçı Rüfət Nasosnu deyib. O bildirib ki, 40 gündə toy məclislərinə gedib:

“Aydının yeri görünürdü. Yaxşı şairin yeri  hər yerdə görünür. Fərqi yoxdur 40 gün, 40 il. Daim Aydın adı çəkiləndə birinci növbədə Xırdalanlı yada düşəcək. Ta ki, növbəti Aydın gələnəcən. Aydının öz dəsti-xətti,  yolu, sənətə bağlılığı, xoş aurası, insanlığı var idi. Allah rəhmət eləsin”.  Toyuqlu pizza

Rüfət Nasosnu gənclərə də səslənib:

“Eləməsinlər. Tupak, Bob Marli kimi o qədər sənətkarlar olub ki, narkotikin badına gediblər. Biri də Aydın. Güclü sənətkarlar gedib, Allah hamısına rəhmət eləsin”. 

Əcəmi Əsədulla

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!