Rumıniyanın SOCAR-la əməkdaşlığı müzakirə edildi

saytların hazırlanması

Evə çatdırılma

Rumıniyanın SOCAR-la əməkdaşlığı müzakirə edildi

İqtisadiyyat

19 Fevral 2019 21:56 1085


Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake, Transgaz və Romgaz şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Energetika Nazirliyində olub. 

“Yeni Sabah” xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında artıq ikinci dəfə iştirak etdiyini deyən Lulian Robert Tudorake ölkəsinin layihəyə dəstəyini diqqətə çatdırıb. O, Cənub Qaz Dəhlizinin gələcəkdə Mərkəzi Avropaya qədər genişləndirilməsində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin mühüm rol oynayacağını bildirib. Lulian Robert Tudorake deyib ki, Rumıniya bu layihələrlə gələcəkdə Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır. Energetika naziri Pərviz Şahbazov Rumıniyanın bu mövqeyini yüksək qiymətləndirib, Cənub Qaz Dəhlizinin gələcəkdə ötürücülük qabiliyyətinin artırılması hesabına genişlənmək perspektivlərindən danışıb. Nazir deyib ki, Azərbaycanın həyata keçirdiyi bu layihə dəhlizdir. Bu isə gələcəkdə istehsalçı, istehlakçı və tranzit ölkələrin şaxələnməsinə imkan yaradır. Söhbət zamanı Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin enerji sahəsində hər iki ölkənin maraqlarına xidmət edəcəyinə əminlik ifadə edilib. Görüşdə həmçinin Rumıniya enerji şirkətlərinin SOCAR-la əməkdaşlıq imkanları da müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!