“Rusiya delimitasiya üçün 1974-cü il xəritəsini təklif edib” - Erməni deputatdan   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya delimitasiya üçün 1974-cü il xəritəsini təklif edib” - Erməni deputatdan AÇIQLAMA

Siyasət

16 Dekabr 2021 22:33 17143


“Biz Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə arxalanırıq".

Yenisabah.az news.am-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan deyib. 

Deputat qeyd edib ki, təkcə Rusiya Federasiyasının Baş Qərargahında olan bir çox xəritə var. Yeqonyan Ermənistana təklif olunan xəritə barəsində danışıb:

“Hazırda vəziyyəti sabitləşdirmək üçün bizə Baş Qərargah tərəfindən təsdiq edilmiş, 1974-cü il tarixli sonuncu xəritə təklif olunub. Bundan sonra təsdiq olunmayan dəyişikliklər oldu. Dəyişikliklər zamanla baş verdi, ancaq hər yerdə yox. Məsələn, Tavuşda da dəyişikliklər olub, ancaq kolxozlar səviyyəsində”.

Arman Yeqonyan delimitasiya və demarkasiya prosesinin bir çox şeyi dəyişə biləcəyinə əmin olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!