“Rusiya İrana da təcavüz edə bilər“ - Keçmiş səfir

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya İrana da təcavüz edə bilər“ - Keçmiş səfir

Rəsmi

14 Mart 2022 16:31 824


“Bilin ki, rusların zehnindəki budur: lazım gəldiyi təqdirdə, İranın sərhədlərini tanımayıb təcavüz edəcəklər, Ukraynaya etdikləri kimi..."

Yenisabah.az "Ofoq" TV-yə istinadla xəbər verir ki, bunu İranın keçmiş Sovet İttifaqındakı səfiri Naser Nobəri deyib.

Nobəri əlavə edib ki, Putinin Ukraynaya təcavüzündən əvvəl Rusiya (keçmiş SSRİ) İrana təcavüz edib.  Dördpendirli pizza

O bildirib ki, Pəhləvi rejimi dövründə İran və SSRİ arasında imzalanmış sənədə əsasən, Sovet İttifaqı milli təhlükəsizliyinə təhdid hiss etdiyi təqdirdə, İran sərhədlərini keçmək hüququna malik idi. Müqavilənin bu bəndi yalnız mərhum İran prezidenti Rəfsəncaninin SSRİ-yə səfəri zamanı Mixail Qorbaçovla danışıqları zamanı ciddi ixtilaf mövzusu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!