Rusiya “Vaqner“ üsyanı zamanı KTMT-dən kömək istəməyib - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Rusiya “Vaqner“ üsyanı zamanı KTMT-dən kömək istəməyib - RƏSMİ

Dünya

26 İyun 2023 17:45 646


Rusiyada ötən günlərdə baş vermiş "Vaqner" üsyanı zamanı rəsmi Moskvanın KTMT üzvü olan müttəfiqlərinə dəstək üçün müraciət edib-etmədiyi məlum olub. 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov məsələyə aydınlıq gətirib. 

O bildirib ki, silahlı üsyana cəhd fonunda KTMT ölkələrindən kömək istəməyib.  pizza mizza

Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!