Rusiya və İran yeni kriptovalyuta yaradır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və İran yeni kriptovalyuta yaradır

Dünya

16 Yanvar 2023 12:28 594


İran Mərkəzi Bankı Rusiyanın iştirakı ilə xarici ticarət hesablaşmalarında dollar, rubl və İran rialı əvəzinə ödəniş vasitəsi kimi istifadə oluna bilən müəyyən tokeninin yaradılması imkanını nəzərdən keçirir.

Yenisabah.az “Vedomosti”yə istinadla xəbər verir ki, bu barədə Rusiyanın Kriptoindustriya və Blokçeyn Assosiasiyasının icraçı direktoru Aleksandr Brajnikova danışıb.

Onun sözlərinə görə, bu kriptovalyuta Fars körfəzi regionu üçün nəzərdə tutulub. Dördpendirli pizza

Dövlət Dumasında bu məlumat təsdiqlənib.

İran hökuməti bu tokeni qızılla dəstəkləmək niyyətindədir, yəni bir növ, o, stabilkoin olacaq. Tokenin İrandan yükləri qəbul edəcəkləri Həştərxandakı xüsusi iqtisadi zonada işləyəcəyi gözlənilir.

Dumanın İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Kommunikasiyalar Komitəsinin üzvü Anton Tkaçev bildirib ki, Rusiya kriptovalyutalarla bağlı məsələni tamamilə həll etdikdə İranın təklifi dövlət səviyyəsində fəal müzakirə oluna bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!