Rusiya və Latviya arasında gərginlik səngimir 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Latviya arasında gərginlik səngimir 

Dünya

24 Yanvar 2023 18:00 610


Rusiya və Latviya arasında diplomatik gərginlik hökm sürür. 

Yenisabah.az xəbər verir ki, Rusiya XİN-in saytında (mid.ru) Latviya hakimiyyətinin Moskva ilə münasibətlərin səviyyəsini endirməsinə rəsmi reaksiya yayımlanıb.

"Latviya hakimiyyəti öz ardıcıl rusofob xəttini davam etdirərək, "Baltik həmrəyliyi" çərçivəsində Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqlarını açıqlayıb və Rusiya səfirinin bu il fevralın 24-dək Riqanı tərk etməsini tələb edib. Həmin tarixə qədər Latviya da öz səfirini Moskvadan geri çağıracaq. Dominos pizza

Aydındır ki, bu qərar əvvəldən hazırlanıb. Latviya tərəfinin arqumentləri əsassızdır. Riqanın digər Baltikyanı ölkələrlə bədnam "həmrəyliyini" tamam başqa cür müşahidə etmək olar.

Ona görə də Riqanın növbəti qeyri-dost addımlarının belə təzahürü heç kəsi təəccübləndirmir. Bunlar Latviya hakim elitasının ikitərəfli münasibətləri ardıcıl şəkildə pozmağa yönəlmiş siyasətinin təbii nəticəsidir. Hakimiyyət bunun ölkə üçün fəsadları ilə maraqlanmır. Biz təbii ki, bu cür düşməncəsinə hərəkətlərə sərt cavab verəcəyik", - deyə Rusiya XİN bəyan edib./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!