Rusiyadan AZAL qəzası ilə bağlı   YENİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan AZAL qəzası ilə bağlı YENİ AÇIQLAMA

Siyasət

06 Oktyabr 2026 21:45 131


Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət prinsipləri əsasında və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf edir.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə müsahibəsində deyib.

“2024-cü ilin dekabrında baş vermiş və Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının həyatına son qoymuş təyyarə qəzası ilə bağlı səhifəni birlikdə geridə qoya bildiyimiz üçün çox şadıq. Bu hadisə bizim hamımız üçün ümumi faciə oldu”, – deyə o bildirib. Pepperoni pizza

Mixail Kaluqinin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimad mühitində aparılan dialoqsuz mümkün olmazdı.

O, həmçinin diqqətə çatdırıb ki, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan və İran ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı istiqamətində işlər davam etdiriləcək.

“Bu meqalayihənin əhəmiyyəti Rusiya-Azərbaycan gündəliyinin çərçivəsindən çox kənara çıxır”, – deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!