Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı
23 Okt 2020 00:35
784

Rusiyalı həmsədr Qarabağ danışıqları üçün ABŞ-a yollandı

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov oktyabrın 23-ü Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona səfərə yollanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "TASS"a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Xüsusi tapşırıqlar üzrə səfirimiz İqor Popov Vaşinqtona yollanıb. Orada oktyabrın 23-ü onun ABŞ nümayəndələri ilə Qarabağ üzrə danışıqları olacaq. Həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin toplantısı da baş tutacaq", - deyə S.Ryabkov bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər