Rusiyanın Ukraynanın Dnepr şəhərinə hücumu nəticəsində 12 nəfər yaralanıb, yaşayış evlərinə və digər obyektlərə ziyan dəyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə yanğın baş verib, özəl müəssisə və qarajlar zədələnib. Partlayış dalğası yaxınlıqdakı yaşayış binalarının pəncərələrini sındırıb. Sezar pizza
Dnepr şəhərinin meri Boris Filatov isə hücum nəticəsində azı 9 yaşayış binasının zədələndiyini, təxminən 700 pəncərənin sındığını bildirib. Yaşayış binalarının həyətlərində avtomobillərin olduğu qarajlarda yanğınlar baş verib.
Son məlumata görə, hücum nəticəsində 12 nəfər yaralanıb./APA
Telegram kanalımız