Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Saakaşvili azərbaycanlılara müraciət etdi
04 Dek 2021 23:54
2598

Saakaşvili azərbaycanlılara müraciət etdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili azərbaycanlılara müraciət məktubu göndərib.

Yenisabah.az xəbər verir ki, məktubu Vahid Milli Hərəkat Partiyasının üzvü Rəfi Orucov paylaşıb.

“Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim.

Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə sizə öz təşəkkürümü bildirirəm. Sizi çox sevirəm, sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm.

Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, harada ki, hər kəs qorunacaq, çiçəklənəcək və heç kəs sizə haqsızlıq edə bilməyəcək.

Sevgi və sayğılarla, sizin dostunuz və 3-cü prezidentiniz Mixail Saakaşvili”, - məktubda deyilir.


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər