Sabah 39 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 39 dərəcə isti olacaq

Sosial

21 Avqust 2022 11:49 946


Avqustun 22-ə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz hava hökm sürəcək. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Sezar pizza

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!