Sabah 39 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 39 dərəcə isti olacaq

Sosial

29 Avqust 2022 12:08 1000


Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Pepperoni pizza

Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!