Sabah Bakıda güclü külək əsəcək

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakıda güclü külək əsəcək

Sosial

18 Sentyabr 2019 11:40 811


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a verilən məlumata görə, sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Toyuqlu pizza

Sabah Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 19-da Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!