“Sabah” “Səbail”i darmadağın etdi

“Sabah” “Səbail”i darmadağın etdi

İdman Veb saytların hazırlanması

10 Dekabr 2023 17:25 998


Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. "Sabah" "Səbail"i qəbul edib. Matç meydan sahiblərinin böyükhesablı qələbəsilə başa çatıb - 4:0. Bununla da "Sabah" xallarının sayını 22-yə çatdırıb və "Neftçi"ni (15 oyun, 22 xal) geridə qoyaraq 6-cı pilləyə yüksəlib.

Günün və turun son oyununda "Turan Tovuz" "Neftçi"nin qonağı olacaq. Oyun saat 18:00-da başlayacaq.

10 dekabr

15:00.“Sabah” – “Səbail” - 4:0

Qollar: Sofian Çakla, 7, 21, Cesse Sekidika, 28, Vinsent Til, 59

Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev

“Bank Respublika Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!