Sabirabadda həyətində narkotik xassəli bitkilər yetişdirən şəxs saxlanılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 41 yaşlı Samir İsmayılov saxlanılıb. Marqarita pizza
Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 95 ədəd narkotik xassəli kol, eləcə də sellofan torbada qablaşdırılmış narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Samir İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Aytac Əliyeva
Telegram kanalımız