Sahibkar baş həkimi döydü – Bakıda dava

saytların hazırlanması

Evə çatdırılma

Sahibkar baş həkimi döydü – Bakıda dava

Hadisə

24 Oktyabr 2019 10:00 1133


Bakıda iranlı həkim döyülüb.

“Yeni Sabah” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. İran vətəndaşı, 1969-cu il təvəllüdlü Kazemi Behnam Əli oğlu Yasamal rayon Polis Şöbəsinə müraciət edərək ötən gün  həkim işlədiyi “Smartmed” klinikasında Bakı şəhər sakini 1945-ci il təvəllüdlü Xəlil Musayev tərəfindən döyüldüyünü bildirib.

Bu barədə APA-ya danışan Behnam Kazemi qeyd edib ki, o, "Smartmed" klinikasının baş həkimi və cərrahıdır. Onu döyən isə klinikanın yerləşdiyi binanın sahibidir: "Bizim aramızda baş verən mübahisəyə onun heç bir əsas gətirmədən məni binadan çıxarması səbəb oldu. Mən icarə pulunu ödəmişəm. Lakin buna baxmayaraq o, bütün avadanlıqlarımı binadan çölə atıb. Bu azmış kimi bir də məni döyüb". pizza mizza

B.Kazemi hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyi qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!