25 Sentyabr - 06:13
Şakira Pikedən danışdı: “Karyeramı arxa plana keçirdim“

Şakira Pikedən danışdı: “Karyeramı arxa plana keçirdim“

İdman

22 Sentyabr 2022 10:16 444


Kolumbiyalı müğənni Şakira "Barselona"nın müdafiəçisi Jerar Pike ilə yollarını ayırdıqdan sonra ilk dəfə  danışıb.

Yenisabah.az "Elle"yə istinadən xəbər verir ki, o deyib: “Həyatımın bəlkə də ən çətin və ən qaranlıq anlarından biri olan bu anında musiqinin işıq saçdığını hiss edirəm. Futbolçu kimi o, futbol oynamaq və kuboklar qazanmaq istəyirdi, ona görə də ona dəstək olmalı idim. Yəni ikimizdən biri nəyisə qurban verməli idi. Mən bunu etdim. Mən karyeramı arxa plana keçirdim və İspaniyaya gəldim ki, futbol oynaya bilsin. Və bu sevgi üçün qurban idi. Bunun sayəsində övladlarımın əsl anası oldum və mən onlarla inanılmaz bir bağ yaratdım. Deyə biləcəyim tək şey budur".

Qeyd edək ki, Pike və Şakira futbolçunun xəyanəti səbəbindən iyunun 4-də 11 illik münasibətlərinə son qoyublar./Qol.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!